Şriftin ölçüsü :

Saytın rəngi :

04.04.2020-ci il tarixdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

04 aprel 2020 | 16:00

04.04.2020-ci il tarixdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər



     Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Sumqayıt şəhəri,  42-ci məhəllə, 5, 9, 11, 14 və 16  saylı yataqxanalarda, 29-cu məhəllə, 4, 13/3 və 12 saylı yataqxanalarda, Sumqayıt şəhərində fəaliyyət göstərən rayon İcra Hakimiyyətinin binasında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin binasında, rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binalarında  sanitar-dezinfeksiya işləri aparıldı. Binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və dezinfeksiya işləri həyata keçirildi.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində maarifləndirmə işlərini davam etdirirlər.
      Gün ərzində 14 nəfərə polis işçiləri tərəfindən xəbərdarlıq edilmişdir.

Keçidlər