06-07.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər
06-07.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər
Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhəri, 8-ci mkr, 17 saylı məktəbdə, İnşaatçılar qəsəbəsi 8 saylı peşə məktəbdə, 6-cı mkr, Qızıl qum qəsəbəsi istifadəyə getməmiş binada, 48-ci məhəllə köhnə “Tural” kafesində, Kimyaçılar qəsəbəsi 3 saylı yataqxanada, 10-cu mkr, Köhnə poliklinikanın binasında 40-cı məhəllə, 1 və 2 saylı binalarda və tikintisi yarımçıq qalmış 3 binada girişlər, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və sanitar-dezinfeksiya işləri həyata keçirildi.
Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində maarifləndirmə işlərini davam etdirirlər.
Karantin rejiminin tələblərini pozan 13 nəfərə polis işçiləri tərəfindən xəbərdarlıq edilmişdir.