Şriftin ölçüsü :

Saytın rəngi :

08-09.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

09 aprel 2020 | 16:00

08-09.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər



     Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhəri, Beton zavod ərazisi DOZ-un binasında, SU-12-nin binasında, və DOZ-un ətrafındakı həyət evlərində, 3-cü məhəllə 2 saylı MSK-nın binasında, 2-ci mkr, 3 saylı orta məktəbdə, 5 ailənin məskunlaşdığı 1-ci mkr, 5 saylı orta məktəbdə, 10-cu mkr, 28 saylı orta məktəbdə, 1-ci məhəllə, 12 saylı məktəbdə, 22-ci məhəllə, 8 saylı məktəbdə, 18-ci mkr, 35 saylı məktəbdə və 41 saylı uşaq bağçasında, 1-ci mkr, 32 saylı uşaq bağçası və 28 may mədəniyyət evində   girişlər, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və sanitar-dezinfeksiya işləri həyata keçirildi.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində maarifləndirmə işlərini davam etdirirlər.

Keçidlər