Şriftin ölçüsü :

Saytın rəngi :

15-18.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

18 aprel 2020 | 16:00

15-18.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

   Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində, 14-cü, 15-ci, 21-ci, 22-ci, 26-cı və 76-cı məhəllələrdə ümumilikdə 16 yataqxanada,  4 pansionat və sanatoriyada,  rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, Vergilər İdarəsinin binasında, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika binasında  sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzdan olan imkanlı şəxslərin köməkliyi ilə əlavə olaraq 250 aztəminatlı, işsiz ailələrə ərzaq yardımı edilmişdir.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində öz işlərini davam etdirirlər.

Keçidlər