Şriftin ölçüsü :

Saytın rəngi :

28 May- Müstəqillik Günüdür

25 may 2023 | 10:31

25 may 2023-cü il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonu, St.Sumqayıt, Qubadlı şəhər Əbülfəz Mehdiyev adına musiqi məktəbində 28 may- Müstəqillik Günü münasibəti ilə “Heydər Əliyev-Müstəqillik və Qələbə yolunun bayraqdarı” mövzusunda tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva,YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov,Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, rayonun fəal gəncləri, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarında çalışan əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Dövlət Himni səsləndirildi, Müstəqillik gününə həsr olunmuş film nümayiş olundu.

Tədbirdə qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durğunluq, özbaşınalıq, hakimiyyət daxili hərc-mərclik illəri kimi həkk olundu. Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai- siyasi, elmi- mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.

     Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır:  ”Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik”.

Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti Prezident İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

 Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirməsi Ulu öndər Heydər Əliyev siyasətinin ən parlaq təntənəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bu günkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

        Məhz Ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi, vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

Sonda YAP Qubadlı rayon təşkilatı tərəfindən bir qrup partiya fəallarına Fəxri Fərmanlar təqdim olundu.

Keçidlər