Şriftin ölçüsü :

Saytın rəngi :

Çərşənbə bayrami

13 mart 2012 | 16:00

Hər il oduğu kimi bu il də Novruz bayramı münasibətilə Qubadlı Rayon İcra Hakimiyyətinin daxli imkanları hesabına Sumqayıt şəhərində kompakt şəkildə məskunlaşan Qubadlı və digər məcburi köçkün rayonlardan olan min iki yüzdən çox məcburi köçkün ailəsinə bayram sovqatı paylanıb. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Milli Məclisin deputatı İmamverdi İsmayılov məcburi köçkün ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər. Görüşdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatələndiyi diqqətə çatdırılıb. Çıxış edən məcburu köçkünlər də dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə razılıq və minnətdarlıqlarını bildiriblər. Məcburi köçkünlərin sıx məskunlaşdıqları ünvanlarda ilaxır çərşənbəsi və Baharın gəlişi ilə bağlı bayram tonqalı qalanıb. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində rayon Mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin ifasında bayram konserti olub.

Keçidlər