Şriftin ölçüsü :

Saytın rəngi :

24-30.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

29 aprel 2020 | 16:00

24-30.04.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər


     Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində, 41-ci və 47-ci məhəllələrdə, 4-cü,  9-cu, 10-cu, 11-ci və 12-ci mikrorayonun ərazisində ümumilikdə 14 yataqxanada,  13 çoxmənzilli yaşayış binalarında,  rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, Səfərbərlik və Hərbi Çağırışlar üzrə Dövlət Xidməti Qubadlı rayon bölməsinin binasında,  Rayon Polis şöbəsinin, Vergiər İdarəsinin binasında, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika binasında  sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzdan olan imkanlı şəxslərin köməkliyi ilə əlavə olaraq 500-ə yaxın aztəminatlı, işsiz ailələrə (ümumilikdə 1450 ailə) ərzaq yardımı edilmişdir.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində öz işlərini davam etdirirlər.

Keçidlər