Aztəminatlı ailələrə olunan yardımlar davam etdirilir.
Aztəminatlı ailələrə olunan yardımlar davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci vitse –prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
Bu tədbirlər rayonumuzda da davamlı olaraq həyata keçirilir. Rayon İcra Hakimiyyəti, eləcə də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iş adamları tərəfindən,həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən də rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur.
Son günlərdə rayon sakinlərindən daha 350 ailəyə ərzaq bağlaması verildi. Sakinlər dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər. Ümumilikdə bu günədək 1800-ə yaxın ailələrə ərzaq bağlamaları verilmişdir.