Şriftin ölçüsü :

Saytın rəngi :

Dezinfeksiya işləri davam etdirilir

05 may 2020 | 16:00

Dezinfeksiya işləri davam etdirilir

01-05.05.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı dezinfeksiya işləri davam etdirilir. Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhəri, Kimyaçilar qəsəbəsində, 8-ci mikrorayonda,  29-cu, 40-cı və 42-cı məhəllələrdə ümumilikdə 18 yataqxanada,  5 çoxmənzilli yaşayış binalarında, rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, Səfərbərlik və Hərbi Çağırışlar üzrə Dövlət Xidməti Qubadlı rayon bölməsinin binasında,  Rayon Polis şöbəsinin, Vergiər İdarəsinin binasında, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika binasında  sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.

Keçidlər