Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər davam edir
Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər davam edir
06-12.05.2020-ci il tarixlərdə Koronavirus infeksiyası ilə bağlı dezinfeksiya işləri davam etdirilir. Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhəri, Kimyaçilar qəsəbəsində, 1, 2, 9, 11, 12 və 16-cı mikrorayonlarda, 22-ci məhəllədə ümumilikdə 28 yaşayış binalarında, 8 məktəb və idarələrin inzibatı binalarında, məhəllələrə gedən 3,5 km yollarda, rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, Səfərbərlik və Hərbi Çağırışlar üzrə Dövlət Xidməti Qubadlı rayon bölməsinin binasında, Rayon Polis şöbəsinin, Vergilər İdarəsinin binasında, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika binasında sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.
Heydər Əliyev Fondu tərəfindən 309 sağlamlıq imkanları məhdud olan uşaqlara ərzaq bağlamaları verildi.
Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində öz işlərini davam etdirirlər.