Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir

31 mart 2012 | 15:00

Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd edilmişdir.
30 mart 2012-ci il tarixdə bu silsilədən olan daha bir tədbir rayon icra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmişdir. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının qərargahında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri A. Haqverdiyev açdı. 1918-ci il 31 Martda baş verən hadisələr haqqında geniş məlumat verən natiq bildirdi ki, həmin hadisələr əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın siyasəti nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Tədbirdə cıxış edən digər məruzəçilər 1918-ci ilin mart ayında erməni daşnaklarının törətdikləri soyqırımna, erməni vəhşiliyinə dair məqamlara bir daha diqqəti yönəldərək bildirdilər ki, bəlkə də bizim belə faciələrə dövrü olaraq məruz qalmağımızın başlıca səbələrindən biri unutqanlığımız, bu istiqamətdə məlumatların vədəsində öyrənilərək ictimaiyyətə çatdırılması sahəsində işlərimizdəki sistemsizlikdir. Amma Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarında kütləvi sürətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların Soyqırımı haqqında” 26 mart 1998-ci il tarixlı fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır. Biz mənfur qonşularımızın böhtan və şaiyələrinə, hər cür həmlələrinə hazır olmaq üçün məhz tariximizin qaranlıq səhifələrini öyrənməli və öyrətməliyik.
 

Keçidlər