Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatında Azərbaycan imzası

15 may 2020 | 16:00

Qoşulmama Hərəkatında Azərbaycan imzası

 

"Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği  ilə məşğuldur.

Dünyanın ən  böyük  təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik,sülh 

  təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır.Qoşulmama Hərəkatı beynəlxalq hüququn

 

  normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün  üzvlərin  suverenliyinə və  müstəqilliyinə sadiqdir."

İlham Əliyev

 

        Bəlli həqiqətdir ki, Azərbaycan  dünya  siyasətində  layiqli  yerini tutmuşdur. Böyük  güclərin başçıları  cənab  Prezidentimizin  qətiyyətini dərk  edir, onun idarəçilk qabiliyyətinə dəyər  verirlər. Buna görədir ki, səsimiz  uca tribunalardan  gəlir  və onu  həvəslə dinləyənlər ildən-ilə çoxalır.
        Tarixə kiçik bir rakus edərək  qeyd edirəm ki, Azərbaycan  2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu  üzv  qəbul olunmuşdur.  Hərəkata  üzv  ölkələrin 2016-cı ildə Venesuelada  keçirilmiş  Zirvə görüşündə 2019-2022-ci illər  üzrə  sədrliyin  Azərbaycana həvalə edilməsi  barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən  böyük  beynəlxalq  təsisat  olan  və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına  üzvlükdən qısa  müddət  sonra  ölkəmizin sədrlik  etməsi üzv  dövlətlərin Azərbaycana  olan  etimadının  və  ölkəmizin  beynəlxalq nüfuzunun artmasının,  eləcə də Azərbaycanın  qlobal səylərinin  beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab  İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də  Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə  Təmas Qrupunun videokanfrans  vasitəsilə Zirvə görüşü  keçirilmişdir. Zirvə görüşündə bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, habelə BMT-nin Baş Assambleyasının Prezidenti, ÜST-nin Baş  direktoru çıxış etmişlər. Həm də BMT-nin Baş katibi və  Avropa  Komissiyasının ali  nümayəndəsinin - vitse-prezidentinin videomüraciətləri  səsləndirilmişdir.
Bəllidir ki, koronavirus pandemiyası dünyanın başını əməlli-başlı qatmış, bir  çox  rəhbərlərin acizliyini üzə çıxarmışdır.  Belə bir şəraitdə  cənab İ.Əliyev müdriklik göstərərək birlik yaratmışdır. Özünün müəllifi  olduğu "Biz birlikdə  güclüyük" şüarını sözdə yox, əməldə də sübüt  etmişdir.
      Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər . Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və " özünə qapanma sindromunun" heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.
      Möhtərəm Prezidentimizin Zirvə görüşünün keçirilməsi  ilə  bağlı təşəbbüsünü üzv  dövlətlər bəyəndilər. 40-a yaxın dövlətin  mötəbər  siyasi şəxslərinin  sözügedən tədbirdə iştirakı  Azərbaycanımıza və onun  Prezidentinə olan inamın, etibarın  və  etimadın  parlaq göstəricisidir.
Məlumdur ki, Azərbaycan çoxtərəfli diplomatiyanın  və  mültilareralizmi təşviq etməsi  üçün  dünya  birliyi  tərəfindən bəyənilir. Bir faktı yazmaq yerinə düşər ki,  Zirvə görüşündə  40-dan çox  dövlətin məsul şəxsinin  iştirakı Prezidentimizin şəxsi  nüfuzunun, siyasi  təcrübəsi və  uğurlu  siyasətinin  nəticəsidir.  Qəbul olunmuş bəyannamədə  dəyərli və zamanında irəli sürülmüş  təşəbbüsə  görə  cənab İ.Əliyevə minnətdarlığın  öz  əksini tapması  buna  gözəl  misaldır.
         BMT Baş katibi Azərbaycan Prezidentinə belə  bir  görüşü  vaxtında  çağırdığına  görə  təşəkkürünü bildirdi. Bu, BMT-nin Prezidentimizin  səylərini dəstəklədiyinin göstəricisidir.
Çoxları bilir ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmişdir. Belə ki, Azerbaycan Respublikasının Prezidenti Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10 - da Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdir ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət: səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur .
Turk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, "pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq". Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin, demək olar ki, can verdiyi şəraitdə belə  Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhvəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronavirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir .
         Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
        Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən 2 dəfə  Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi  dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də  effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial - iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən müsbət qarşılanır.
       Onu da  vurğulamaq xoşdur ki, Avropa İttifaqı rəsmisinin  Zirvə görüşündə iştirakı  və  çıxışı  Qoşulmama Hərəkatı tarixində  ilk dəfə  olmuş hadisədir. Cənab Prezidentimiz  daim  bir-biri ilə əks qütblərdə  olan Qoşulmama Hərəkatı ilə  Avropa  İttifaqını koronavirus təhlükəsi zamanı  bir araya gətirməyə  müvəffəq  oldu.  Bu da böyük  ustalıq nişanəsidir.
Yuxarıda  yazdığım  faktlar Prezident İ.Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya  müstəvisində  nüfuzunun, siyasi  çəkisinin  daim artdığını  göstərir.
Səsin ucadan gəlsin və  eşidilsin, Azərbaycanım, Prezidentim!

Ədalət Əsədov-
"Tərəqqi" medallı,
Əməkdar  müəllim

Keçidlər