Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı videoformatda müşavirə keçirib

14 may 2020 | 16:00

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı videoformatda müşavirə keçirib

14.05.2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov videoformatda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə, eləcədə inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Müşavirənin məqsədi karantin rejimi dövründə rayonda mövcud vəziyyət, Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifələrlə bağlı olub.
Rayon rəhbəri “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Nazirlər Kabinerinin 01 may 2020-ci il tarixli qərarından irəli gələn məsələlər barədə geniş məlumat verib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış  vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər, ictimai nəqliyyatda koronavirus infeksiyasının  profilaktikasına dair metodiki göstərişlər, ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər və Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişləri nəzərə çatdıraraq qeyd olunan vəsaitlərin bütün sahələrə aidiyyəti üzrə çatdırıldığını bildirdi.
Müşavirədə rayon İH başçısı Malik İsaqov son vaxtlar ölkə başçısının istər mərkəzi icra hakimiyyəti orqanlarında, istərsə də yerli icra hakimiyyəti orqanlarında apardığı ciddi kadr islahatlarından danışaraq bu addımların xalq tərəfindən rəğbətlə qarşılandığını qeyd etdi.
Ölkə Prezidentinin çıxışlarında yerli İcra Hakimiyyətləri qarşısında Könüllülərlə bağlı qarşıya qoyduğu vəzifələrin icra edilməsinin vacib olduğunu bildirərək, rayonda könüllülərlə işin nəzarətdə olduğunu qeyd etdi.
Rayon rəhbəri cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət göstərməsindən danışaraq bildirdi ki, dövlət tərəfindən köçkünlərə çox böyük diqqət göstərilir. Onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük, ölçüyəgəlməz işlər görülür. Cənab Prezident məcburi köçkünlərin mənzillərlə təminatı zamanı ciddi nöqsanların olduğunu, köçkünlərin dəqiq uçotunun aparılmadığını və bunun nəticəsində sosial ədalət prinsipinin pozulduğunu qeyd etmişdir.  Ona görə də bu sahəyə daha diqqətlə yanaşılmasını nəzərə çatdırdı. Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə əlaqədar inzibati ərazi nümayəndələrinə bir daha siyahıların dəqiqləşdirilməsini tapşırdı. Qeyd etdi ki, bu işdə hamı birgə fəaliyyət göstərməlidir. Dəqiq uçot aparılmalıdır. Nöqsana yol verən hər bir məsul şəxs ciddi cəzalandırılacaq.
Ölkə Prezidentinin xoşagəlməz hallara qarşı mübarizə apardığını deyərək, bu mübarizənin nəticə verdiyini və xalq tərəfindən dəstəkləndiyini bildirdi. Korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə tədbirləri görülür.  Bunun nəticəsi olaraq artıq beş rayonun İcra Hakimiyyəti başçıları vəzifəsindən azad edilmiş və onların barəsində cinayət işi açılmışdır. Pandemiya dövrü aztəminatlı ailələrin yardımına göz dikənlər cəzalandırılmışlar. Bir neçə rayonda inzibati ərazi dairələri üzrə nümayəndələr vəzifələrindən sui-istifadə edərək ciddi saxtakarlıqlara yol vermişlər. Onlar barəsində də ciddi tədbir görülmüşdür.  Biz hamımız bundan nəticə çıxarmalıyıq. Cənab Prezident hamını düz yola dəvət etdi və heç kimə güzəşt olmayacağını bir daha vurğuladı. Vergilərin şəffaf yığılması, büdcə vəsaitinin düzgün xərclənməsi və pozuntulara yol verilməməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Rayon Vergilər və Maliyyə  şöbələri bir daha işini gücləndirməlidir. Qeyd etdi ki, rayon dövlət büdcəsindən dotasiya almır.  Qeyd olunan bütün nöqsanların olmaması üçün hər kəs vicdanla işləməlidir. Görülən işlərin tez-tez təhlil edilməsini, hər bir idarə, müəssisə və təşkilat rəhbərinin qeyd olunanlardan ciddi nəticə çıxarmasını və var qüvvəsi ilə, vicdanla işləmələrini tapşırdı.
Sonda Malik İsaqov bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılması işində səmərəliliyin artırılması məqsədilə cənab Prezident Fərman imzalamışdır. Bu fərmanla qəbul Qaydaları təsdiq edilmişdir. Burada əsas məqsəd vətəndaşların videoqəbulunu təşkil etməkdir. Bunun üçün yerli İcra Hakimiyyətlərinə zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Artıq müvafiq işlər tərəfimizdən görülmüş və aparatın şöbə və sektorları bu işi həyat keçirirlər.Vətəndaşlarımız Administrasiyanın struktur bölmələrinin rəhbərlərinin qəbuluna yazılacaqlar və yerlərdə onların videoqəbulu təmin ediləcək. Hər bir vəzifəli şəxsin bu fərmanla və qaydalarla dərindən tanış olmalarını tapşırdı. Qeyd etdi ki, vətəndaş müraciətlərinə hamı həssas yanaşmalıdır. Vətəndaşla kobud, vəzifəli şəxsə yaraşmayan hərəkət edən şəxslər barədə ölçü götürüləcəyini bildirdi.
Daha sonra videoformatda keçirilən müşavirəqeyd olunan məsələlər ətrafında müzakirələrlə başa çatdı.

Keçidlər