Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin qətiyyəti dövlətçiliymizin möhkəmlənməsinə xidmət edir .

16 may 2020 | 16:00

Cənab Prezidentin qətiyyəti dövlətçiliymizin möhkəmlənməsinə xidmət edir .


Müasir  Azərbaycan dövlətinin  qurucusu  Ümummmilli lider Heydər  Əliyevin  varisi   Cənab Prezident  İlham Əliyevin  müdrik və uzaqgörən siyasəti nəticəsində dövrünün çiçəklənmə   mərhələsinə  qədəm qoymuşdur . XX əsrin  sonlarında Ulu Öndərin  rəhbərliyi ilə dövlətçilik ənənələrinin möhkəmlənməsi , hüquqi dövlət quruculuğu sahəsində nəhəng  fəaliyyət  prezidentimiz tərəfindən son 17 illik dönəmdə uğurla davam etdirilmiş , özünün  həqiqi zirvəsinə yüksəlmişdir . Birmənalı olaraq qeyd etməliyik ki , cəmiyyət həyatının  bütün sahələrində illərdir prosesual xarakter alan  inkişaf meyilləri  , sosial həyatda  , iqtisadi  mühitdə  müşahidə edilən müsbət dinamika birbaşa  dövlət başçısının   rasional idarəçilik  prinsiplərinin tətbiqi ilə  əlaqəlidir .
Cənab Prezidentin  idarəetmə fəlsəfəsində  sosial ədalət , şəffaflıq , vətəndaş məmnunluğu  dövlət  idarəçiliyinin başlıca meyarları   olmuşdur . Keçən  dönəmə nəzər  yetirdikdə  hər bir vətəndaşımız bu meyaraların  seqmentlərini öz həyatlarında bariz müşahidə etmişlər .    Son  prezident seçkilərində cənab prezidentin  seçki  proqramında dövlət – vətəndaş münasibətlərində şəffaflığın  tam mənada təmin olunması , sosial  və iqtisadi sahədə , dövlət idarəçiliyi  və kadr  siyasətində  islahatlar konsepsiyası özünə mühüm yer qazanmışdır . Xalqın  mütləq əksəriyyətinin  etimadını və inamını qazanmış  cənab prezidentin kəskin  iradəyə  söykənən    islahat xətti məhz  qeyd edilən konsepsiyanın  icrasının  nəticəsidir .
Bu gün  cəmiyyətimizin bütün sahələrində  Cənab Prezident İlham Əliyevin  və  ölkəmizin  birinci-vitse prezidenti  Mehriban xanım Əliyevanın rəhbərliyi   altında  islahatlar genişlənən  xətlə  davam etdirilir. Şəffav və operativ  dövlət idarəçilik  mexanizminin  tətbiqi , iqtisadi  və  məhkəmə-hüquq sahəsində qanunçuluğun  möhkəmləndirilməsi , korrupsiya və  rüşvətxorluq hallarına qarşı  hüquq- mühafizə orqanlarının  amansız  mübarizəsi    dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət  göstərir.
Hər bir cəmiyyətin inkişafının qarşısını kəsən müxtəlif amillər vardır . Dünyanın  bütün cəmiyyətlərində müşahidə edilən bu amillərin ən  eybəcəri  və zərərlisi  korrupsiya  və rüşvətxorluqdur .  Hələ  Ulu Öndər Heydər Əliyevin  Azərbaycana  rəhbərlik etdiyi birinci  dönəmdə  bu zərərli ,  neqativ  hallara qaşı amansız  mübarizəsi  ümumittifaq  sərhədlərini  aşaraq  çox geniş əks səda  və heyrət doğurmuşdur . Ümummilli lider  müstəqil Azərbaycanı  yaradandan  sonra da bu istiqamətdə daim böyük əmək sərf etmiş , dövlətin ümumi inkişafına mane olan bu cür hallara qarşı  kəskin mübarizə aparmışdır. Tam əminliklə deyə bilərik ki, indi bu siyasəti cənab prezident  uğurla davam etdirir.  Cənab Prezidentin  bütün çıxışlarına ,  məmurlar və ictimaiyyət qarşısında söylədiyi fikirlərə diqqət yetirdikdə onun  bu cür neqativ hallara qaşı  sistemli və institusional  mübarizə apardığını  görürük.   ASAN  xidmət  layihəsinin ölkəmizdə tətbiq edilməsi,  Baş Prokururluq yanında anti-korrupsiya idarəsinin yaradılması buna bariz  nümunədir .
2019-cu il başlayandan Prezident İlham Əliyev hakimiyyəti dövründə apardığı islahatçı xətti daha da dərinləşdirdi. Biz  bunu  ölkə  başçısının uzaqgörənliyinin və müdrikliyinin ,  qətiyyətinin inqilabı məzmunu da adlandıra bilərik. Bunu  həm də cəmiyyət və hökumət arasındakı bürokratik əngəlin açılması da demək olar. Kadr islahatlarının  intensivləşdirilməsi , gənclərin  mühüm  dövlət  idarəçiliyinə cəlb edilməsi eyni zamanda gənc nəsillə yaşlı nəsil arasında ənənəvi varislik bağlarının  güclənməsinə xidmət edən vacib prosesdir . Bununla paralel olaraq  Cənab Prezident bütün məmurlara  son  xəbərdarlığını da etdi  - xalqla olmaq , etimadı doğrultmaq , insanların problemlərini həll etmək . Bu əslində  yeniləşən Azərbaycanın  dövlət idarəçiliyinin  keyfiyyətçə  əlavə stimullar qazanması , nəzərdə tutulan islhatlatların praktik nəticələrinin əldə edilməsi  istiqamətində ən yüksək səviyyədə  atılacaq addımların  anonsu  idi.
Azərbaycan dövləti həmişə xalqın yanında olub. Cənab Prezidentin rəhbərliyi ilə bütün zamanlarda vətəndaşların  problemlərinin həlli istiqamətində  çoxşaxəli  siyasi xətt  əsas götürülmüşdür.  Xüsusi ilə aztəminatlı  əhaliyə  dövlətimizin  diqqəti  və qayğısı  ilbəil  daha geniş  miqyas kəsb etməkdədir.  Bizlər bunu  2008-ci ildə və 2015-ci ildə dünyada baş verən qlobal iqtisadi böhranlarda daha bariz şəkildə  müşahidə etdik.  Ölkə  başçısının qətiyyəti  sayəsində Azərbaycan  bu böhranlardan uğurla çıxmağa nail oldu. Cənab prezidentin təşəbbüsü və tapşırığı ilə  yerlərdə  minlərlə  ictimai iş yerləri açıldı. On minlərlə inamımızın əmək məşğulluğu təmin edildi. Bu proses bu gün də  genişləndilmiş şəkildə  davam etdirilməkdədir.  İndi isə dünyada yeni bəla tüğyan edir . Bunun adı  yeni növ koronavirus- COVİD-19-dur . Bütün dünyada sosial və iqtisadi problemlərə səbəb olan pandemiya ölkəmizdən yan keçmədi. Buna baxmayaraq  Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımız  pandemiyanın  fəsadlarından əhəmiyyətli dərəcədə  xilas oldu. Ölkə rəhbərliyi  həm  milli səviyyədə , həm də beynəlxalq səviyyədə pandemiya və onun doğurduğu problemlərə qarşı milli və qlobal səfərbərlik başlatdı. İnsanlarımızın sağlamlığına təhlükə yaradacaq bütün risklər minimuma endirildi. Yenə  də aztəminatlı  ailələr , pandemiyanın birbaşa təsir etdiyi sahibkarlıq subyektləri dövlət başçımızın diqqət  və qayğısı ilə əhatə olundular. Neft qiymətlərinin kəskin ucuzlaşmasına baxmayaraq dövlətimiz pandemiyanın təsirini azaltmaq  məqsədi ilə 3.5 milyard manat  miqdarında - Azərbaycan tarixində ən böyük iqtisadi-sosial paket elan etdi. Beynəlxalq aləmdən heç bir yardım gözləmədən , öz daxili imkanlar hesabına on minlərlə vətəndaşımıza həm  dövlət , həm də  Heydər Əliyev Fondu vasitəsi ilə ünvanlı yardımlar edildi. Bu  aksiya bütün ölkəni əhatə etməkdədir. Bu  aksiyaların  mütəşəkkil təşkilində birinci  vitse-prezident Mehriban xanım Əliyevanın  gərgin  əməyini də , qeyd etməliyik . 
Buna baxmayaraq  Cənab prezidentin  illərlə mütəmadi tövsiyyə və göstərişlərinə baxmayaraq  onun siyasi xəttinə  xəyanət edən , dövlətimizin sosial siyasətinə zərər verən , etimadı doğrultmayan məmurların  fəaliyyəti də müşahidə edildi. Çox təssüflər ki,  onlara göstərilən etimadı doğrultmayan  bu cür xəyanətkarlar  kasıb  insanların ərzaq yardımlarına belə göz dikməkdən çəkinmədilər.  Bu cür harınlamış  məmurlar, dövlət vəzifələri etibar edilmiş,  cənab Prezidentin sözləri ilə desək , quldurlar, dövlətin sərt üzü ilə qarşılaşdılar. Hüquq-mühafizə orqanları  ictimaiyyətin gözü önündə  ölkə rəhbərinin sarsılmaz  siyasi iradəsini  çəkinmədən icra etdilər . Qısa müddətdə  bir sıra yerli icra hakimiyətlərinin başçıları həbs edildi ,  icra nümayndələrinin qanunazidd  addımları ifşa edildi.  Bu tədbirlər  mərkəzi icra hakimiyyətlərinə qədər genişləndirildi.  Vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət malına göz dikən  Mədəniyyət Nazirliyinin ,  Dövlət  Sərhəd  Xidmətinin   bir sıra məmurlarının həbs olunması bu mənada  ölkə başçısının siyasi qətiyyətinin ifadəsi üçün uyğun nümunələrdir .
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ,   xalqımızı  bütün sınaqlardan çox  böyük müdrikliklə  üzüağ çıxarması ,  dövlətimizin inkişafı ilə bağlı yorulmadan fəaliyyət göstərməsi ,  cəmiyyəti narahat edən problemlərin üzərinə cəsarət və   böyük dövlət adamına xas olan fərasətlə  getməsi xalqımızın birmənalı  olaraq  öz rəhbərinin ətrafında sıx birləşməsinin  məntiqi səbəbidir.  Xalq  prezidentə  inanır , güvənir və etimad göstərir.  Xalqımız cənab prezidentin ,   bütün cəmiyyətlər  üçün problemə çevrilən , bizim cəmiyyətimizdə  də yuva salan neqativ hallara qarşı mübarizəsini  tam mənada dəstəkləyir və rəğbətlə qarşılayır. Hər bir məmur , hər bir vəzifəli şəxs isə  anlamalıdır ki,  etdiyi hər bir qanunsuz davranış  Ulu öndər yoluna ,  cənab Prezidentin  siyasi xəttinə ziddir,  xəyanətdir. Biz  Qubadlı ictimaiyyəti bəyan edirik ki, həmişə olduğu kimi , indi  və sonra da Cənab Prezident İlham Əliyevin  daxili və xarici siyasətini mütləq mənada dəstəkləmişik, dətəkləyirik və dəstəkləyəcəyik.
Uca  Tanrı  Prezidentimizi qorusun !
 

İmanov  Savalan,
Qubadlı Rayon  Xıdırlı kənd tam orta məktəbin  direktoru.

Keçidlər