Aztəminatlı ailələrə olunan ərzaq yardımları davam etdirilir
Aztəminatlı ailələrə olunan ərzaq yardımları davam etdirilir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydaları və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada rayonumuz da yaxından iştirak edir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iş adamlarının köməkliyilə, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur. Qubadlı rayon sakinlərindən daha 150 ailəyə (ümumilikdə 2300 ailədən çox) ərzaq bağlaması verildi. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır. Sakinlər Dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.