Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir

19 iyun 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlı Qubadlı rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir. Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə,  Sumqayıt şəhəri, 15, 48-ci məhəllədə, 12-ci mkr-da, 260 ailənin məskunlaşdığı Abşeron rayonu, St.Sumqayıt, Yeni yaşayış massivində ümumilikdə 20 yataqxana binasında, 18 çoxmənzilli yaşayış binasında, 2 yarımçıq binada, 6 idarə, 1 tibb məntəqəsində eyni zamanda  rayonun bütün idarə, müəssisə və təşkilatlarının binalarında  sanitar-dezinfeksiya işləri həyata keçirilir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, və həyətyanı sahələr təmizlənir.
Rayon İcra Hakimiyyətinin, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən, eləcə də Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, iş adamlarının köməkliyilə rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur. Qubadlı rayon sakinlərindən daha 30 ailəyə (ümumilikdə 2400 ailə) ərzaq bağlaması verildi. Nəzarətə götürülmüş yaşı 65-dən yuxarı olan 297 tənha sakinlərə mütəmadi olaraq baş çəkilir və onların gündəlik tələbatları ödənilir. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır. Sakinlər Dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər