Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir

08 aprel 2012 | 15:00

07 aprel 2012-ci il tarixdə Sumqayıt şəhəri, “İnşaatçılar” qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayonu İşıqlı kənd tam orta məktəbində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Prezident Administrasiyasının məsul işçisi S. Hətəmovun iştirakı ilə keçirilən qəbulda ərazidə məskunlaşan məcburi köçkünlər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri iştirak etmişlər. Dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilmişdir.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi S. Hətəmov çıxış edərək Azərbaycan Respublikasında bərqərar olmuş dinamik inkişaf tempindəm danışıdı. Ölkəmizdə ən ümdə problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Prezidentinin apardığı siyasətin uğurla nəticələnəcəyinə olan ümumxalq inamından bəhs etdi.
Səyyar qəbul zamanı çıxış edənlər ölkədə aparılan quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin sosial həyat şəritinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının apardığı məqsədyönlü siyasətdən razılıqlarını dilə gətirdilər.
 

Keçidlər