“Qurban bayramı”
Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan “Qurban bayramı”nın Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür. Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və insan sağlamlığına zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınmış, yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilməkdədir.
Qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar “Qurban bayramı”nda bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə – iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə bilərlər. Unutmaq olmaz ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir. Bu müqəddəs bayram münasibətilə rayonumuzda bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Qurban bayramı” münasibətilə Heydər Əliyev Fondu tərəfindən 541, Rayon İcra Hakimiyyəti tərəfindən isə 400 nəfər aztəminatlı ailələrə qurban payı və ərzaq bağlaması paylanmışdır. Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirilər.