Rayonda koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir
04-11.08.2020
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlı Qubadlı rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir. Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə, Sumqayıt şəhəri 47-ci məhəllədə (183 ailənin məskunlaşdığı) 11,12,13,14 saylı binalarda, Sumqayıt şəhər 9 mkr (201 ailənin məskunlaşdığı) 29, 30, 31 saylı binalarda və 11 mkr ərzaisində yerləşən 2 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri 4-cü məhəllədə (201 ailənin məskunlaşdığı) yerləşən 1 və 2 saylı, 3 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində (130 ailənin məskunlaşdığı) SU-13 idarə binasında ,dəmir beton zavodunun idarə binası, Ağac Emalı Zavodunun idarə binası, Köhnə Taksi matornunun idarə binası, taksi matornunun qarajında, Sumqayıt şəhəri 12 mkr (450 ailənin məskunlaşdığı) 1, 2, 3, 4, 5, 6 saylı binalarda sanitar-dezinfeksiya işləri həyata keçirilmişdir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri və həyətyanı sahələr təmizlənmişdir. Eyni zamanda mobil qruplar tərəfindən 8 obyektə gündəlik reyd edilmiş, fəaliyyət göstərən 6 obyektə karantin qaydalarına riayət etmələri üçün xəbərdarlıq olunmuşdur. Nəzarətə götürülmüş yaşı 65- dən yuxarı olan 297 tənha sakinlərə mütəmadi olaraq baş çəkilir və onların gündəlik tələbatları ödənilir. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır.