Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan regional sabitlik üçün təhdiddir

22 sentyabr 2020 | 16:00

19.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə vermişdir.
Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib
Sovet  İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər  Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.  Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı.
          Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar.
       Cənubi Qafqazın böhranlı ictimai vəziyyətindən istifadə edən ermənilər havadarlarına arxalanaraq Azərbaycanın şah damarı Dağlıq Qarabağı ələ keçirməyə çalışırdılar. Azərbaycan sovet hakim dairələri Ermənistandan silah gücünə qovulan qaçqın karvanını Qarabağ ərazisinə buraxmadılar. Ə.Vəzirov “İkarius”  avtobusları və polis dəstələri göndərib Dağlıq Qarabağın Malıbəyli, Xocalı və s. kəndlərinə sığınan qaçqınları Abşeronda “Zaqulba” sanatoriyasında yerləşdirməsi  erməni işğalını asanlaşdırmaq məqsədi güdürdü.  “Volski komitəsinin yaradılması da bu məqsədlə  təşkil olunmuşdu.
         Azərbaycan Respublikasının Ali Sovetinin  ilk sessiyasında xalq deputatı Heydər Əliyev ciddi narahatlıq doğuran bu hadisələr barədə demişdir:
“...Bu vaxta qədər Sovet İttifaqı hakimiyyəti tərəfindən xüsusilə şəxsən Qarbaçov və Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən uzun zamandan bəri davam edən  erməni işğalının qarşısını almaq üçün heç bir qəti tədbir görülməmişdir. Artıq 3 ildir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti dərd və iztirab kimi asılıb Azərbaycanın boğazından”.
          Heydər Əliyev 30 il bundan əvvəl Qarabağ problemi ilə bağlı çıxışında müdrik siyasətçi kimi hadisəyə siyasi qiymət vermiş, onun həlli yollarını da göstərmişdir.
Lakin Azərbaycanın ozamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır. 
         1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.
             
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
AXC rəhbərliyinin məsuliyyətsiz  bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.
  AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur. Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində  Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.

     Ermənistanın sürətlə gərginləşən daxili ictimai siyasi  vəziyyəti

Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi.   Belə ki, Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkilərinin bir şou olduğunu və dünyanın heç bir dövləti tərəfindən illərdir keçirilən dırnaqarası seçkilərin nəticələri tanınmayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri-Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Həmçinin Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar-bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qalmışdır. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu.
Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.
Daha sonra Paşinyan  Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş  etmişdir.
Paşinyan   Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.
Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir.
İyul hadisələrində Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?
Sitat: Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.
Sitat: Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?.
Sitat: Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur.  
Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq   QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb.
Ermənistanda  iki keçmiş prezident  sırf  siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı  götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “FreedomHouse”, “Human Rights Watch”, “Amnesty International” niyə susur?

 

Ermənistan rəhbəri danışıqlar prosesini pozub təxribat xarakterli addımlar atır
                            

Birinci təxribat. Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. 
İkinci təxribat. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.
Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.  
Üçüncü  təxribat. Ermənistanın işğal edilmiş torpaqlarda   məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər.
Dördüncü  təxribat. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin   dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir.
Beşinci təxribat. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi   açıq təxribatdır.
Altıncı təxribat.  İyul hadisələri açıq silahlı təxribatdır.  Artıq  Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.
İyul təxribatından sonra avqust  ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.
Sitat: Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. 
  
  Azərbaycan Prezidentinin təxribatlarla bağlı mövqeyi

Azərbaycan Prezidenti qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq   məsuliyyətsizlikdir.
Sitat: Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. 
Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.
Sitat: Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.
Sitat: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır.
Sitat: Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.
Sitat: Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu ,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
Reallıq. Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır.
Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. 
Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.
Sitat: Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək.
Sitat: Bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. 
Sitat: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.

Rusiya və Serbiyanın Ermənistana silah göndərməsi

Azərbaycan  Prezidenti mövcud  problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir. 
Sitat:  Serbiya və Rusiya  prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim.
Sitat: Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi.  Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.
  Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda   gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.
Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizməmeyil göstərirlər.
Sitat: Azərbaycan hər zaman Gürcüstanın yanında olub.  Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. 
Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.


Ermənistanda  islamofobiya  dövlət siyasətidir

Azərbaycan  İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələridir.
Dövlət başçısının Fərmanı ilə 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunması əməldə də reallaşdı və bu həmrəylik islamofobiyanın sürətini azaltdı, hətta müəyyən ölkələrdə, fəaliyyətin müəyyən sahələrində qalib gəldi. Azərbaycanda başlamış və KİV-in əsas vəzifələrindən birinə çevrilmiş islam həmrəyliyinin təbliği islamofobiya üçün ən güclü silah oldu. Söz yenə də bütün vasitələrə qalib gəldi. Islam dövlətləri arasındakı bir çox ziddiyyətlər müvəqqəti də olsa, aradan qaldırıldı. Həmişə bir-birinə rəqib kimi baxan İran, Türkiyə kimi bölgənin iki güclü dövləti islamofobiyaya qarşı ittifaqa girdi, Azərbaycanın islamofobiyaya qarşı irəli sürdüyü islam həmrəyliyi öz müsbət nəticəsini verdi. Bu vacib mübarizəyə Azərbaycan və Qazaxıstanın vasitəçiliyi ilə Avrasiyada ən güclü atom dövləti olan Rusiya da dəstək verib, Rusiya-Türkiyə-İran, Rusiya-Azərbaycan-İran üçlüklərinə qoşuldu. Beləliklə, Yaxın Şərq bölgəsində siyasi-hərbi birliyin yaranması islamofobiyaya ən güclü zərbə vurdu. Qərbin gözlədiyi hadisələr cərəyan etməyə başladı, Yaxın Şərqdə vəziyyət yaradıcı sözün gücünə formalaşmış islam-xristian termininin əməli fəaliyyəti hərbi sahədə də ciddi müsbət dəyişikliyə gətirib çıxardı. Suriya islamofobların yaradıcı terror dəstələrindən, demək olar ki, təmizlənib, bu missiyanı sona çatdırmaq yolunda cəhdlər davam edir.
Azərbaycanı  BMT-dən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. 
Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib.   
Sitat: Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin.
Sitat: Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır.   Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? 
Ermənistanda  islamofobiya  dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər.
  Ermənistan  uğursuz ölkədir.  İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
Sitat: Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm.
Sitat: Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.  
Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.
Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.
Sitat: Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın.
  Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif  qapıları döyüb yardım istəyirlər.
Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək .
Sitat: Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.
Sitat: 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik.  Biz mütləq öz torpaqlarımıza qayıdacağıq.
Sitat: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Sitat: Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər