Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda faşizm üzərində qələbə günü münasibətilə kecirilən tədbir haqqında

08 may 2012 | 15:00

07 may 2012-c il tarixdə Faşizm üzərində qələbə günü münasibətilə Qubadlı rayon icra hakimiyyətində tədbir kecirildi. Tədbirdə rayon içra hakimiyyətinin başcısı cənab Malik İsaqov, aparatın məsul işciləri, idarə, müəssisə rəhbərləri və böyük vətən müharibəsi iştirakçılarından bir qrupu iştirak edirdi.
Qubadlı Rayon Içra Hakimiyyətinin başcısı cənab Malik İsaqov veteranları bu bayram münasibəti ilə təbrik edib bildirdi ki, bəşəriyyətin ötən XX əsrdə üzləşdiyi ən qanlı müharibələrdən biri İkinci Dünya müharibəsi olmuşdur. Bu müharibə özünün əhatə dairəsinə, cəlb edilmiş ölkələrin sayına, döyüşlərdə iştirak edən canlı qüvvənin və texnikanın miqdarına, həmçinin gətirdiyi fəlakətlərə, insan itkisinə görə özündən əvvəlki bütün müharibələrdən daha dəhşətli olmuşdur. Həmin müharibənin mahiyyətində müdhiş bir faşizm ideyalarının dayanması, bəşəriyyətin qanına susamış insanlırın dünyada heğemonluq arzusu fəlakətin son dərəcə böyük olmasını şərtləndirən amillərdən hesab edilməlidir.
Başçı veteranlara xitabən dedi ki, siz bu dəhşətli müharibənin odlu - alovlu yollarından keçərək möhtəşəm Qələbənin qazanılmasında fədakarlıq göstərənlərin nümayəndələrisiniz. Çoxunuz bu yolda sağlamlıgınızı qoymuşsunuz, əzizlərinizi itirmişsiniz. Sizlər çox ağır və üzücü bir müharibənin qalib əsgərlərisiniz.
Qeyd edildi ki, Azərbaycanlılar digər sovet adamları ilə çiyin - çiyinə faşist cəlladlarına qarşı qanlı mübarizəyə başladılar. Bu müharibə zamanı 600 mindən artıq azərbaycanlı ordu sıralarına yola düşmüşdür Onlardan demək olar ki, yarısı döyüşlərdə həlak olmuşdur.
Bildirildi ki, həmin dövrdə Qubadlı rayonundan da 3500 nəfərə qədər insan döyüşən cəbhəyə yollanmış, onlardan təqribən 1500 nəfəri sağ qayıtmışdır.
Kənd əməkçilərimiz müharibənin çətinliklərini öz çiyinlərində daşımış, böyük qəhrəmanlıqlar göstərmişlər.
Tədbirdə xüsusi qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişi veteranların qədir - qiymətini yenidən layiq olduqları səviyyəyə qaldırdı. Heydər Əliyev deyirdi: " Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər".
Bu gün də həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Müharibə veteranlarına diqqət və qayğı Prezidentin fəaliyyətində mühüm istiqamət təşkil edir. Hər il 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə xüsusi Prezident Sərəncamının imzalanması da bu qayğı və diqqətin bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Qubadlı rayonunda da veteranlara diqqət və qayğı daim rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biridir. Məcburi köçkünlüyün doğurduğu çətinliklər siz veteranlarıın da həyatında bir sıra çətinliklər yaradır. Odur ki, rayon rəhbərliyi veteran ailələrinin, müharibə iştirakçılarının dul qadınlarının məskunlaşma vəziyyətinin yaxşılaşdırılması işini hər zaman nəzarətdə saxlayır. Veteran ailələrinə maddi köməkliklərin göstərilməsi, vəfat edənlərin dəfni ilə bağlı məsələlərin həll edilməsi kimi məsələlər daim diqqət mərkəzində olan məsələlərdəndir.
Bu gün də biz faşizmin daha qorxunc bir təzahürü ilə üz - üzəyik. Artıq neçə ildir ki, erməni faşistləri torpaqlarımızı işğal edib,minlərlə insanımız görünməmiş vəhşiliklə qətlə yetirilib. Faşizmin nə olduğu bizim üçün bu gün çox aydındır. Faşizm üzərində Qələbənin qiyməti də bizim üçün çox böyükdür.
Belə bir arzu dilə gətirildi ki, bizim hər birimiz erməni faşizmi üzərində Qələbə günümüzü də qeyd edək. Buna ümidimiz var. Çünki ölkə Prezidentinin rəhbərliyi ilə aparılan siyasətin bu qələbəni təmin edəcəyinə əminik.
Tədbirdə çıxış edən müharibə veteranları Azərbaycan dövlətinin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını dilə gətirdilər.
Sonra tədbir bayram süfrəsi ilə davam etdirildi. Qubadlı rayonundan olan veteranlara rayonun daxili imkanları hesabına maddi yardım göstərildi.

 

Keçidlər