Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir

20 oktyabr 2020 | 16:00

17 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan xalqına  müraciət etmişdir.

-Xalq və rəşadətli ordu öz qələbə səlnaməsini yazır. Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir.17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.
- Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır.
- İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.
-.Haqlı olan  Azərbaycan ordusu öz torpaqlarında vuruşur və öz gücünü döyüş meydanında göstərir.
  - Haqq mübarizəsini aparan xalq xoşbəxtdir.Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir.
- Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.
- Məqsədimiz qələbədir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
- Dövlətin milli maraqları mütləq təmin olunacaqdır və qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
-. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.

Keçidlər