28 may Respublika günü münasibəti ilə əlaqədar kecirilən tədbir haqqında
25 may 2012-ci il tarixdə Respublika günü münasibəti ilə Qubadlı rayonunda tədbir keçirilmişdir. Qubadlı Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı ilə birgə keçirdiyi tədbirdə idarə, müəssisə və təşkilatların, eləcə də, ictimayyətin nümayəndələri iştirak edirdi.
YAP Qubadlı rayon təşkilatı gənclər birliyinin sədri Aqil Quliyev “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan Demokratik Respublikasının keçdiyi yola qısa tarixi ekskurs etdi. O, billdirdi ki, 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda ilk dəfə müstəqil dövlət qurulmuşdur. Bu, müsəlman dünyasında ilk demokratik dövlət idi. 1918 - ci ilin ağır günlərində böyük çətinliklərə baxmayaraq bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından böyük əhəmiyyəti vardır. Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki yeri və roluna dair ən dolğun qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir: ”Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yadaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühim addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənlərimizin bərpası işində böyük rol oynamışdır”.
Məruzədə və məruzə ətrafında çıxışlarda belə bir həqiqət xüsusi vurğulandı ki, hələ sovetlər dönəmundə Azərbaycana rəhbərlik edən Heydər Əliyev müstəqillik ideyalarının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmiş, qərarların qəbuluna və icrasına nail olmuşdur. Bildirdi ki, keçən əsrin 90 - cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz - üzə qalanda xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və öz xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində Azərbaycanı parçalayaraq məhvə aparan bütün təhlükələri mətanət və əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Bugünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq.
Qürur hissi ilə qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda prezident İlham Əliyev cənablarının rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü seçilməsi, “Evrovision” mahnı müsabiqəsinə ev sahibliyi etməsi ölkəmizin uğurlarından xəbər verir.
Tədbirdə bu gün Azərbaycan dövlətinin, Prezident İlham Əliyev cənablarının məcburi köçkünlərə diqqəti və qayğısı minnətdarlıqla qeyd edildi və iştirakçıların belə bir yekdil inamı dilə gətirildi ki, aparılan siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, müstəqil dövlətimizin ərazi bütövlüyü təmin ediləcəkdir.