Ermənistanın hərbi itkiləri
26 oktyabr 2020-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etmişdir.
252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda.
50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.
251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275.
61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106.
53 tank əleyhinə vasitə məhv edilib.
82 “Qrad” qurğusu məhv edilib.
2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator.
Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib.
Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili.
Ermənistan iflas həddinə çatıb. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir?
Sitat: O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb?
Sitat: Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir.
Sitat: Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi?
Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, Dağlıq Qarabağdan çıxıram.
Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir.
Xarici media antiazərbaycan mövqe tutur, erməni lobbisinin təsiri altındadır. Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazıblar.
Azərbaycan tərəfinın xəbərdarlığı
26 oktyabr 2020-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
xalqa müraciət etmişdir.
F-16-lar təlimlər üçün gəlib və müharibə başlayanda türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar.
Sitat: Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında o F-16-ları görəcəklər.
Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq.
Sitat: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun!
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.
Sitat: Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə.
Kimin günahı var, o cavab verir və Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır.
Sitat: Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı.
Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq.
Sitat: Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər.
Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik.
Sitat: Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Axıra qədər gedəcək, düşməni bundan sonra da qovacağıq. Çünki biz haqlıyıq və biz güclüyük.
Sitat: Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz.
Sitat: Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan xalqının, dövlətinin onları bərpa etməyə gücü çatacaq.
Sitat: Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik.
Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
Sitat: Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!