Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında

02 iyun 2012 | 15:00

Qubadlı rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş müxtəlif səpkili tədbirlər təşkil olunmuşdur. Bu sıradan 30 iyun 2012-ci il tarixdə keçirilən növbəti tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri də iştirak edirdilər. Müxtəlif kateqoriyadan olan uşaqların cəlb edildiyi bayram şənliyində Respublikam;zda Uşaq Hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən bəhs edildi.
Xüsusi vurğulandı ki, uşaqların hüquqlarının qorunması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet isritiqamətlərindən birini təşkil edir. Minnətdarlıqla qeyd edildi ki, həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda uşaq hüquqları ilə bağlı sivil qanunvericilik bazası yaradılmış, uşaq hüquqlarının konstitusion qaydada qorunması təmin edilmiş, ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulmuşdur.
Tədbir iştirakçıları Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqətini razılıqla qeyd etdilər.
Bildirildi ki, Qubadlı rayon əhalisinin 30 faizə qədərini uşaqlar təşkil edir. Məcburi köçkünlük ömrü yaşayan qubadlılı uşaqlara diqqət və qayğı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun fəaliyyətində əsas yerlərdən birini tutur. Rayonda məktəb tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı işlər barədə danışılaraq qeyd olundu ki, bunlar dövlətimizin məcburi köçkün uşaqlara xüsusi qayğısının bariz nümunəsidir.
Əminlik ifadə edildi ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı siyasət nəticəsində torpaqlarımız yaxın zamanlarda işğaldan azad ediləcəkdir.
Əyləncəli bayram şənliyi uşaqların ifasında musiqi nömrələri ilə davam etdirildi. Şirinburunların (klounların) iştirakı ilə keçirilən oyunlar, viktorinalar iştirakçılar tərəfindən maraqla qarşılandı.
Tədbir iştirakçısı olan uşaqlara hədiyyələr təqdim olundu.
 

Keçidlər