Şriftin ölçüsü :

Saytın rəngi :

QUBADLI ŞƏHƏRİ VƏ BİR ÇOX KƏNDLƏRİNİN İŞĞALDAN AZAD OLUNMASINA GÖRƏ ALİ BAŞ KOMANDAN, MÖHTƏRƏM PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU

31 oktyabr 2020 | 16:00

    Cənab Ali Baş Komandan,
    Möhtərəm Prezident!
Biri-birinin ardınca rayonlarımızın və kəndlərimizin erməni işğalından azad edilməsi xalqımızın hədsiz sevinci ilə qarşılanır. Xoşbəxtik ki, doğma yurdumuz Qubadlı şəhəri və bir çox kəndləri də azad olunan yaşayış məntəqələri sırasındadadır. Sizə- Azərbaycan xalqının sevimli oğluna və qətiyyətli liderinə  Qubadlışəhərinin və bir çox kəndinin işğaldan azad edilməsi münasibəti ilə  rayonunun  bütün ictimaiyyəti adındandərin minnətdarlığımızı bildirirk. Həmişə Sizinlə olan, uzaqgörən, müdrik və qətiyyətli siyasətinizi birmənalı şəkildə dəstəkləyən qubadlılar möhkəm inanır ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə erməni işğalına son qoyulacaq, qələbə bayrağımız  Şuşamızda, Xankəndimizdə dalğalanacaqdır.
Möhtərəm Prezidentimiz, bu günlər Siz yenilməz siyasi iradəniz və sərkərdəlik məharətinizlə yumruq kimi birləşdirdiyiniz xalqımızın zəfər tarxini yazdığınızı bütün dünyaya sübut etdiniz. Siz milli mənafeyimizdən qaynaqlanan müdrik və uzaqgörən siyasətinizlə xalqın ümid və inamını qazanmış sevimli rəhbərisiniz. Siz əbədi olacaq  müstəqil dövlətçiliyimizin qarantı kimi ümumxalq məhəbbəti qazanmısınız.Yurd həsrətinə son qoyduğunuz İnsanlarınxeyir-duası həmişə Sizə uğur gətirsin,torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ölkəmizin iqtisadi potensialının artırılması istiqamətində səylərinizin müvəffəqiyyətlə həyata keçirilməsində Ulu Tanrı  yardımçınız olsun.
Möhkəm əminliklə bildiririk ki, tezliklə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları Sizin uğurlu siyasətinizin nəticəsi olacaqdır.
Sizə bir daha təşəkkür edir, Azərbaycanın inkişafı və çiçəklənməsi naminə möhkəm can sağlığı və uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun!
Dərin hörmətlə,
Qubadlı rayon İctimaiyyəti

Keçidlər