Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir

05 noyabr 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlı Qubadlı rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.       Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhəri 12-ci mkr yeni yaşayış massivində, bütün yaşayış binalarında, yataqxanalarda, məktəb və idarələrin inzibatı binalarında, məhəllələrə gedən yollarda, çoxmənzilli yaşayış binalarında, rayonun bütün idarə, müəssisə və təşkilatlarının binalarında  sanitar-dezinfeksiya işləri həyata keçirilir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, və həyətyanı sahələr təmizlənir.
Son zamanlar  Koronavirus (COVID-19) infeksiyasının geniş yayılması nəzərə alınaraq sanitar-dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.    Eyni zamanda Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə mobil qruplar öz işlərini davam etdirirlər. Qruplara daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur.      Qeyd etmək lazımdır ki, “Pandemiya dövründə COVİD-19-la bağlı maarifləndirmənin təşkili və sosial dəstəyin göstərilməsi” layihəsi çərçivəsində 20 aztəminatlı  ailəyə birdəfəlik yardım edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası  Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyələşdirdiyi”Ana və uşaq sağlamlıq mərkəzi “ İB “Pandemiya (Covid-19) dövründə  ailələrə  dəstək” layihəsi çərçivəsində “Saglam ailə saglam dünya” adlı 580 nüsxədən ibarət  kitabın Sumqayıt şəhərində əsasən məcburi köçkünlərin  məskunlaşdığı  yerlərdə paylanması təmin edilmişdir.

Keçidlər