Qarabağa qayıdış
- Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub.
- Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır.
- Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir.
- Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir.
- Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir.
- Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar.
- Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir.
- Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar.
- Prezident İlham Əliyev: Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
- Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir;
- Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
- Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlərin 99 faizi dağıdılıb.
- Düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək.
- Düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər.
- İşğal edilmiş bütün ərazilərin onlarda qalmasını əks etdirən xəritələr dərc etmiş, işğal edilmiş ərazilərin adlarını dəyişmişdirlər.
- Xaricdən erməniləri yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində Şuşada, Arazboyu yerləşən rayonlarda məskunlaşdırmaq istəyirdilər.
- 44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək.
- Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır.
- Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq.
- Azad olunmuş torpaqların təhlükəsizliyin təmin olunması, minalardan təmizlənməsi üçünbeynəlxalq təşkilatlar cəlb ediləcək.
- Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək.
- “Mən artıq qaçqın deyiləm” sözlərini eşitmək hər bir azərbaycanlının ən xoşbəxt anlarıdır.
- İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər.
- Azərbaycan əsgər və zabitləri öz qəhrəmanlığı sayəsində məcburi köçkünləri öz doğma dədə-baba torpaqlarına qaytarırlar.
- Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək.
- Bütün yaralı əsgər və zabitlər sağaldılacaq, onların normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək.
- Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq.
- Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək.
- Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək.
- Döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilər təltif ediləcək.
- Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə yeni təsis edilmiş orden və medallar veriləcək.
- Düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilərək xüsusi yerdə nümayiş etdiriləcək.