Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 43- cü ildönümü münasibəti ilə keçirilən tədbir haqqında məlumat
13 iyul 2012-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 43- cü ildönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon Təşkilatının birgə tədbiri keçirildi.
YAP Qubadlı rayon təşkilatının qərargahında təşkil olunan tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qubadlı rayon İcra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri A.Allahverdiyev ulu öndər Heydər Əliyevin 1969- cu ilin iyul ayının 14- də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin Azərbaycan xalqına bir bəxşişi kimi dəyərləndirərək qeyd etdi ki, bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoydu. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı.
Ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu.
Rayonun Xıdırlı kənd orta məktəbinin tarix müəllimi Savalan İmanov “Heydər Əliyev və Azərbaycanın müasir tarixi” mövzusunda məruzə etdi.
Məruzə və çıxışlarda qeyd edildi ki, 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan, tənəzzülün hökm sürdüyü bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf yoluna çıxardı.
Xüsusi olaraq vurğulandı ki, həyatının Moskva dövründə də respublikamızın inkişafına dəstək xalqımızın böyük oğlunun fəaliyyətində prioritet olmuşdur. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tariximizin olduqca məsuliyyətli və taleyüklü mərhələsində ölkəni məhv olmaqdan qurtardı.
Razılıqla qeyd edildi ki, Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı Ümummilli Liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi olduğu kimi, həm də onun siyasi varisi Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərlidir. Hazırda Heydər Əliyev siyasi kursunu uğurla və inamla davam etdirən respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qafqazda lider dövlətə çevirmiş, inkşaf etmiş dövlətlər sırasına çıxmışdır.
Qubadlı rayon İcra Hakimiyyəti başcısının müavini A Haqverdiyev tədbiri yekunlaşdıraraq qeyd etdi ki, tarix Ulu Öndər Heydər Əliyev siyasətinin alternativi olmadığını tam sübuta yetirmişdir. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardıgı daxili və xarici siyasətin ugurları barədə ətraflı məlumat verdi .
Sonda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.