Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir

19 dekabr 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlıQubadlırayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.       Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə,  Sumqayıt şəhəri, 21, 22-ci məhəllədə, Abşeron rayonu, St. Sumqayıt ərazisində, H.Z.Tağıyev qəsəbəsində ümumilikdə 10 yataqxana binasında, 26çoxmənzilli yaşayış binasında, 5 idarə, 3 məktəb, 1 uşaq baxçası, fərdi evlərə gedən 4,3 km məhəllə yollarında, eyni zamanda  rayonun bütün idarə, müəssisə və təşkilatlarının binalarında sanitar-dezinfeksiya işləri həyata keçirilir.Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, və həyətyanı sahələr təmizlənir.
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə mobil qruplar öz işlərini davam etdirirlər. Qruplara daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur. Eyni zamanda mobil qruplar tərəfindən 8 obyektə gündəlik reyd edilmiş, fəaliyyət göstərən 6 obyektə karantin qaydalarına riayət etmələri üçün xəbərdarlıq olunmuşdur. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumağı barədə söhbətlər aparılır.

Keçidlər