Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə olunan yardımlar davam etdirilir

31 dekabr 2020 | 16:00

Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə tənhalara, ahıl vətəndaşlara, eləcədə aztəminatlı ailələrə davamlıolaraq yardımlar paylanılır.   

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonundan olan 558 aztəminatlı ailələrə, tənhalara rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ərzaq bağlamaları paylanmışdır.   

Həmçinin rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə, Milli Qəhrəman ailələrinə, eyni zamanda yaşlı və tənha insanlara, aztəminatlı ailələr də daxil olmaqla ümumilikdə 100 ailəyə ərzaq bağlamaları paylanmışdır.    

  Sakinlər dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər