Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib

19 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yanvarın 14-də Şuşa şəhərinə səfər etmişdir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanıazad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir.
Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş  Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə  çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq.
İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.
Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi.
Azərbaycan dövləti  Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə  aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq.
Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç bir ciddi abadlıq işləri aparmayıblar, yalnız xuntanın rəhbərləri  özləri üçün villalar tikdiriblər.
Prezident İlham Əliyev:Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Şuşanın bərpası üçün  baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb.
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək.Abidələrin əsl siması özlərinə qaytarılacaq.

Keçidlər