Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir

19 yanvar 2021 | 16:00

Prezident İlham Əliyev:Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq.
Noyabrın 8-də qədim Şuşa şəhəriAzərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib.
Prezident İlham Əliyev: Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik.
Düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub.Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi.
Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib.Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir.
İnkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri Vətən müharibəsinin hər bir gününü təhlil edirlər.
Prezident İlham Əliyev: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır.
Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.
Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri məhv edib,Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri alıb.
Xuntanın nümayəndələri müharibə vaxtı qaçıb gizlənmiş, sadə erməni gənclərini qırğına vermişlər.

Keçidlər