Şriftin ölçüsü :

Saytın rəngi :

Mənim sözüm imzam qədər qüvvətlidir

19 yanvar 2021 | 16:00

Prezident  İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu.
Prezident 2010-cu il  noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq.
2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.
Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun parlaq zəfəri bu  iyrənc,  təkəbbürlü ifadələrin sahiblərini qorxaqcasına susmağa məcbur edir.
Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.
Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabınatarixi ədaləti bərpa edir.
Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu etdi.
Prezident İlham Əliyev:Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik.
Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur.
Prezident İlham Əliyev: Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.

Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir

Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri tarixi, eyni zamanda daxili və xarici auditoriyalara zəngin mesajlar ehtiva edən bir səfər idi.
Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı Şuşaya getmişdir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın ziyarət etdikləri obyektlərin hamısı-Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif” kitabları  hədiyyə verib, dualar ediblər.
Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.
Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir.
Prezident İlham Əliyev: Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar.
Prezident İlham Əliyev:Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.
Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.
Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu isə mütləq yeni mədəni intibah gözləyir.
Prezident avtomobil sürərkən Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisini nümayiş etdirir. Bəllidir ki, bir müddət əvvəl burda erməni diversantları böyük təxribat törətmiş, xüsusi əməliyyatdan sonra çoxsaylı diversantlar ələ keçirilmişdi. Moskva görüşü ərəfəsi Ermənistan baş naziri onların azad olunmasını şərt kimi irəli sürsə də, Azərbaycan bu tələbi rədd etmişdi.
Xocalı rayonun Sığnaq kəndindən keçərkən isə Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyənin “Kolin” şirkətinin bayrağı nümayiş olunur. Bu, keçmiş Dağlıq Qarabağın inzibati ərazisi  olmuş yerlərə Türkiyə və Azərbaycanın birgə daxil olmasının rəmzidir.
Paşinyan və ailə üzvləri, daha əvvəllər isə Sarksiyan, Koçaryan  və digər xunta üzvləri Şuşaya hərbi əsirləri işkəncə etmək, büst oğurlamaq, talan üçün gəlirdisə, Azərbaycan rəhbərliyi quruculuq üçün gedir. 
Həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi.
Prezident İlham Əliyev: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq.
Prezident İlham Əliyev: Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb.
Heydər Əliyev Fondu  tərəfindən  bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq.
1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi: 39 il sonra o, yenidən Şuşaya qayıtdı.
Prezident 39  il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxdığını göstərir.
Prezident İlham Əliyev: Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir.
Vaqifin məqbərəsinin açılış günü səfər etməklə yalnız mədəniyyətimizə deyil, siyasi ənənələrimizdə varislik, ardıcıllıq mesajı verildi.
İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı.
Bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək.
Şuşada muğam dinləniləcək, beynəlxalq muğam festivalı keçirələcək.
Prezident İlham Əliyev:Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək.
Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub.
Moskva səfərindən sonra Prezidentin Şuşaya səfəri Qarabağın sahibinin kim olması mesajını da ehtiva edir.
Prezident İlham Əliyev:Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Səfər  barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın paylaşımları qısa zamanda  sosial şəbəkələrdə aparıcı trendə çevrildi. Bununla mesaj verildi ki, ölkənin ali siyasi elitasının səfərləri önündə təhlükəsizlik baxımından heç bir narahatlıq yoxdur.
Prezident İlham Əliyev:39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!
Qarabağın nə statusu, nə parlamenti, nə perspektivi, nə də gücü yoxdur.
Prezident İlham Əliyev: Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də, status da gorbagor oldu, cəhənnəmə getdi.
Azərbaycan şəhərlərinə, tarixi abidələrinə qarşı vandalizm aktlarını törədənlər   Sarkisyan-Koçaryan cütlüyüdür.
Prezident İlham Əliyev: Koçaryan-Sarkisyan, mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq.

Qondarma rejimin və Ermənistanın müharibə vaxtı qaçıb gizlənmiş, sonradan üzə çıxmış bəzi “siyasi liderlərinə” də sərt xəbərdarlıq edildi:
• Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər Azərbaycanın səbri ilə oynamasın, 44 günlük müharibə onların yadından çıxmasın.
• Yoxsa ordu qurub torpaqları geri alacaq? Siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.
• Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək.
• Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.

Cıdır düzündə Yeravandan gələn dəstə sərxoş vəziyyətdə eybəcər rəqslər edirdilərsə, oranın əsl sahibi olanazərbaycanlılar Ali Baş Komandanın timsalında azərbaycansayağı çay dəstgahı ilə cavab verdilər.
Prezident İlham Əliyev:Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır.

 

Heç kim bu torpaqları bizə elə-belə verməyib

Prezident İlham Əliyev: Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib.
Prezident xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığmaz əməliyyatla azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir.
Prezident İlham Əliyev: Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman övladları,Xüsusi Təyinatlıları Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın.
Prezident İlham Əliyev: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!  Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Prezident İlham Əliyev: Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.


Müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz

• Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş  islamofob ölkədir, məscidləri, dini abidələri, məscidlərin minarələrini dağıdıb, viranə qoyub, müqəddəs məbədləri təhqir edib, donuz saxlayıb,  üzərində təhqiramiz ifadələr yazdırıb.
• Müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz.
• Ermənistanla dostluq edən müsəlman ölkələrin liderləri öz xalqlarına cavab verməlidir.
• Ermənistanı dost ölkə kimi qəbul etmək riyakarlıqdır, Allahsızlıqdır. 
Bir müsəlman ölkəsinin mütəxəssisləri Azərbaycanın icazəsi olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər.
Prezident İlham Əliyev: Yuxarı Gövhərağa məscidinininErmənistan tərəfindən“təmiri” riyakarlıq rəmzidir.

Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var

Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdəvətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.
Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var.
Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.
Prezident İlham Əliyev: Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
Prezident İlham Əliyev: 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyev: Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib.
Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir.
Azərbaycan bundan sonra daha da güclü olacaq.
Prezident İlham Əliyev: Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar.
Azərbaycanın timsalında bunu hər kəs gördü.
Azərbaycanın davası haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır.
Prezident İlham Əliyev: Haqq-ədalət  güc, iradə, siyasət, birlik hesabınazəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər