Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonundan olan şəhid hərbi qulluqçuların ailələri hər zaman diqqət mərkəzindədir.

28 yanvar 2021 | 16:00

 

Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir. Belə görüşlərdən biri də  27 yanvar 2021-ci il tarixdə Vətən müharibəsində şəhid olmuş Qubadlı şəhər sakini 18 mart 1999-cu il təvəllüdlü İsgəndərov İlkin Camal oğlunun ailəsi ilə olmuşdur. Görüşdə Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın fəal üzvləri və şəhidin yaxınları iştirak edirdilər.
İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə diqqət və qayğı göstərmək məqsədi ilə keçirilən görüşdə şəhidin əziz xatirəsi yad olundu, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı.
İsgəndərov İlkin Camal oğlu 25 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər "Şəhidlər Xiyabanı" nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamıları ilə Şəhid İsgəndərov İlkin Camal oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər