Rayonda əhalinin COVİD-19 pandemiyası əleyhinə peyvənd olunması davam edir
16 yanvar 2021-ci il tarixində“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən ölkəmizdə vaksinasiya prosesinə start verilmişdir. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağısalınmasına nail olmaqdır.
Rayonumuzda vaksinasiyaya cəlb olunmuş 50 yaşdan yuxarı vətəndaşların ümumi sayı 9464 nəfərdir ki, onlardan 2469 nəfəri 65 yaşdan yuxarı, 6995 nəfəri isə 50-65 yaş arasıdır. Bunlardan 2585 nəfəri o cümlədən, 650 nəfəri 65 yaşdan yuxarı, 1935 nəfəri isə 50-65 yaş arasında olan sakinlərimiz Bakı şəhərində məskunlaşmışlar ki, həmin sakinlərin vaksinasiyası Bakı şəhərinın tibb müəssisələrində aparılır.
Vaksinasiyaya cəlb olunan 985 nəfər sakinimiz Respublikanın müxtəlif rayonlarında məskunlaşmışlar ki, onlarda məskunlaşdıqları ərazilərin tibb müəssisələrində vaksinasiya olunacaqlar.
Sumqayıt şəhərində məskunlaşmış və vaksinasiyaya cəlb olunmuş sakinlərimizin sayı 5894 nəfərdir. Onlardan 1555 nəfəri 65 yaşdan yuxarı, 4339 nəfəri isə 50-65 arası yaşda olan sakinlərdir. Həmin sakinlərin vaksinləşməsi Qubadlı rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən həyata keçirilir. Bununla bağlı Sumqayıt şəhər Modul tipli Xəstəxananın 3-cü korpusunda vaksinasiya məntəqəsi yaradılmışdır. Vaksinasiya məntəqəsinin infrastrukturu göstərilən təlimat və verilən tapşırığa əsasən qurulmuşdur.Giriş qeydiyyatçı və həkim-terapevt olmaqla tam heyətdən ibarətdir.Məntəqədə iki vaksinasiya otağı,iki postvaksinasiya otağı,bir təcili-tibbi yardım otağı aktiv şəkildə fəaliyyət göstərir.Müraciət etmiş vətəndaşlar üçün qabaqlayıcı tədbirlərlə bağlı ilkin tibbi yardım preparatları təmin edilmişdir.Vaksinasiyanın keçirilməsi əhali qruplarına uyğun olaraq nəzərdə tutulmuşdur.İlkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı. 25 yanvar 2021- ci il tarixindən etibarən 53 nəfər səhiyyə işçisi uğurla vaksinasiya prosesindən keçmişdir.8 fevral 2021-ci il tarixindən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılmışdır.Mart ayının 1- nə qədər 65 yaşdan yuxarı olan rayon əhalisindən 312 nəfər ilkin vaksinasiyadan keçmişdir.17 fevral tarixindən isə 50-65 yaş arası olan vətəndaşların vaksinasiyasına start verildi. Bunlardan da 635 nəfəri vaksinasiyadan keçmişdir. Ümumilikdə 1000 nəfər COVİD-19 virusu əleyhinə peyvənd olmuşdur ki, bunlardan 53 nəfəri səhiyyə işçiləri, 947 nəfər isə rayonumuzun sakinləridir.