Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsgəndərov İlkin Camaloğlunun doğum günü

18 mart 2021 | 16:00

Bu gün Qubadlı rayonunun Qubadlı şəhər sakini, şəhid İsgəndərov İlkin Camal oğlunun doğum günüdür. Yaşasaydı 22 yaşı tamam olacaqdı. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə şəhidin ailəsi ilə görüş keçirildi, şəhidin ailəsinin məskunlaşdığı Sumqayıt şəhər 12-ci mkr-da məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə 8 saylı binanın qarşısında şəhidin şəkil barelyefinin açılışı oldu. Daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə iş üzrə şöbəsinin müdiri Emin Əliyev,Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
ƏvvəlcəSumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Məcburi köçkünlər 30 il həsrətində olduğu öz doğma ata-baba yurdlarına qovuşdular. İşğal altında olan torpaqların azad olunması Qubadlı sakinlərini də ürəkdən sevindirdi.Vətən müharibəsi  Azərbaycanda dövlət və xalq arasında olan birliyin nəhəngliyini və sarsılmaz olduğunu  sübüt etdi.  Ali Baş Komandan  ətrafında  birləşən xalqımız və ordumuz “Dəmir yumruq” kimi  düşməni əzdi  və  kapitulyasiyaya vadar etdi.
Sonra çıxış edən rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə iş üzrə şöbəsinin müdiri Emin Əliyev qeyd etdi ki, cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi.Bizim Qələbəmiz tarixi Qələbədir. Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir.
Daha sonra Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdilər.
Qubadlı şəhər sakini İsgəndərov İlkin Camal oğlu  18  mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbinibitirmişdir.
2018-2019-cu illərdə  Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 
Vətən müharibəsi  başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.
Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.
25 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Subayidi.
Allah rəhməteləsin!

 

Keçidlər