Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə Qubadlı rayonunda xidmət edən hərbi qulluqçulara bayram sovqatları təqdim olundu

19 mart 2021 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2021-ci il tarixdə  Novruz bayramı münasibətilə  Qubadlı rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov,  Qubadlı şəhər icra nümayəndəsi Ələddin Mirzəyev və Xanlıq kənd icra nümayəndəsi Valeh Rüstəmovun iştirakı ilə Qubadlı rayonunda fəaliyyət göstərən Polis, DTX və hərbi xidmətdə olan əsgərlərlə görüş keçirildi. Görüş iştirakçıları bayram münasibətilə onları rayon İcra Hakimiyyəti adından təbrik etdilər. Daha sonra hərbi qulluqçulara Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən500, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən isə 300 ədəd olmaqla ümumilikdə 800 ədəd bayram sovqatı paylanıldı.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.   Novruz,  adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb.

Keçidlər