Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir

02 aprel 2021 | 16:00

Ölkəmizdə Koronavirus (COVID-19) infeksiyasının geniş yayılması nəzərə alınaraq sanitar-dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.Eyni zamanda Qubadlırayonunda da koronavirus infeksiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.      
Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhəri 12-ci mkr yeni yaşayış massivində, bütün yaşayış binalarında, yataqxanalarda, məktəb və idarələrin inzibati binalarında, məhəllələrə gedən yollarda, çoxmənzilli yaşayış binalarında, rayonun bütün idarə, müəssisə və təşkilatlarının binalarında sanitar-dezinfeksiya işləri həyata keçirilir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, və həyətyanı sahələr təmizlənir.
  Eyni zamanda Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə mobil qruplar öz işlərini davam etdirirlər. Qruplara daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsidezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur.

Keçidlər