Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı “Vətən müharibəsi Qəhrəmanı” Yaqubov Vüsal Elşən oğlunu qəbul etdi
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov Vətən müharibəs iiştirakçılarının problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq onlarla görüşür, təkliflərini dinləyir və .RİH-nin başçısı Malik İsaqov növbəti qəbulunda isə14 aprel 2021-ci kəndindən olan Yaqubov Vüsal Elşən oğluilə görüşdü.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı rayon SHXÇDX-in rəisi Quliyev Nəsimi, Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə iş üzrə şöbəsinin müdiri Əliyev Emin və “Vətən müharibəsi Qəhrəmanı” Yaqubov Vüsal Elşən iştirak edirdi.
Qəbulda rayon rəhbəri Yaqubov Vüsalın problemlərini dinlədi, onunla ətraflı söhbət apardı. Yaqubov Vüsal görüş zamanı polis orqanlarında işləmək istəyini bildirdi. Rayon rəhbəri bununla bağlı ona əlindən gələn köməkliyi edəcəyinə söz verdi.
Qeyd edək ki, Yaqubov Vüsal Elşən oğlu Vətən müharibəsində fəal iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi Qəhrəmanı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.