Gülrəng Cümşüdovanın 70 illik yubileyi
4 May 2021-ci il tarixdə Qubadlı RİH-nin başçısı Malik İsaqov uzun illər rayonun və Sumqayıt şəhərinin ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamış Cümşüdova Gülrəng Nəsir qızı ilə70 illik yubileyi münasibətilə görüşdü.Görüşdə Qubadlı RİH-nin məsul işçiləri də iştirak edirdilər. Görüş zamanı Gülrəng xanımla dəyirmi masa ətrafında səmimi söhbət aparıldı və Qubadlı rayon RİH-nin başçısı Malik İsaqov Gülrəng xanımı yubiley yaşı münasibətilə təbrik etdi, ona can sağlığı və fəaliyyətində uğurlar arzuladı.
Sonra yubliyar görüşün təşkil olunmasına, göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.
Cümşüdova Gülrəng Nəsir qızı 4 may 1951-ci ildə Laçın rayonunun Mığıdərə kəndində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Laçın rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır. Müəllimlik fəaliyyətinin uğurlu nəticəsinə görə Təhsil Nazirliyinin qərarı ilə “Baş Müəllim”, “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” adlarına layiq görülmüşdür.
Gülrəng Cümşüdova pedaqoji fəaliyyəti ilə yanaşı, uzun müddət Qubadlı rayonu “Şəhid anaları xeyriyyə mərkəzi”nin sədri vəzifəsində də işləmişdir.1998-ci il 27 iyul tarixdə Respublika Sarayında Qaçqınlar və Məcburi Köçkünlərin məsələlərinə həsr olunmuş Ümumrespublika müşavirəsində iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi həmin müşavirədə geniş məzmunda çıxış etmişdir. 1999-cu il 13 iyun tarixdə Respublika İdman-Konsert Kompleksində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin 30 illiyinə həsr olunmuş “Quruculuq Salnaməsi” sərgisinin açılışında iştirak etmiş və şəxsən Ulu Öndərlə görüşmüşdür.1999-cu il 12 dekabr tarixdə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Həmin vaxtdan Sumqayıt Bələdiyyəsi İcra aparatının təşkilat şöbəsinin müdiri, 2002-ci ildə isə Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 24 sentyabr 2004-cü il tarixdə bələdiyyə işində səmərəli fəaliyyətinə görə “Bələdiyyə Bayrağı döş nişanı” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının 15 illiyi münasibəti ilə 10 aprel 2008-ci il tarixdə Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə “Yubiley medalı” ilə təltif olunmuşdur və məclis üzvüdür. Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında, yerli özünüidarəetmənin təşkili və inkişafında, əhaliyə göstərilən ictimai xidmətlərin müvəffəqiyyətlə idarə edilməsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanlara layiq görülmüşdür. Dəfələrlə Müəllimlər, Qadınlar, Həmkarlar İttifaqı, Qırmızı Aypara Cəmiyyətinin Qurultaylarına nümayəndə seçilmişdir.
5 övladı, 14 nəvəsi var.
Təbrik edirik!