Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid-Milli Qəhrəmanın övladına baş çəkildi

02 iyun 2021 | 16:00

01 iyun 2021-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları arasında yeganə azyaşlı olan, Milli Qəhrəman Şükür Həmidovun oğlu Həmidli Nurlan Şükür oğlu ilə görüş təşkil edildi. GörüşdəQubadlı rayon İcra Hakimiyyətinin başçısının müavini- Xoşqədəm Alıyeva, İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin ailə üzvləri iştirak edirdilər. 
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Milli Qəhrəmanın övladına rayon İcra Hakimiyyətinin başçısı adından qiymətli hədiyyələr təqdim edildi. Görüş iştirakçıları Həmidli Nurlanı təbrik etdilər və ona gözəl təhsil, firavan həyat və xoşbəxt gələcək  arzuladılar.
Görüş zamanı qeyd olundu ki, ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Xüsusilə Şəhid övladlarına göstərilən qayğı hər zaman diqqət mərkəzindədir. Görüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onların layiqli vətəndaş kimi böyüməsi üçün həyata keçirdikləri tədbirlərdən bəhs olundu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqların qayğısız yaşamaları üçün göstərdiyi fəaliyyət xüsusilə qeyd edildi. Ulu Öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını layiqincə yaşadır.
Bildirildi ki, uşaqlara, xüsusilə də şəhid övladlarına diqqət və qayğı rayon rəhbərliyinin fəaliyyətində əsas yerlərdən birini tutur. Qubadlı rayonunda uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması gündəlik nəzarətdədir. Rayonda məktəb və bağçaların tikintisi sahəsində, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını almışdır.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər