Rayonda əhalinin COVİD-19 pandemiyası əleyhinə peyvənd olunması davam edir
Qubadlı rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir. Ölkəmizin bütün regionlarında olduğu kimi, Qubadlı rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Ümumilikdə rayonda 3902 nəfər COVİD-19 virusu əleyhinə 1-ci doza peyvənd olunmuşdur ki, bunlardan 53 nəfəri səhiyyə işçiləri, 3849 nəfəri isə rayonumuzun sakinləridir.
Qeyd olunmalıdır ki, ümumilikdə 1961 nəfər COVİD-19 virusu əleyhinə 2-ci dozapeyvənd olunmuşdur ki, bunlardan 53 nəfəri səhiyyə işçiləri, 1908 nəfər isə rayonumuzun sakinləridir.
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır. Ona görə də bütün hər kəsi vaksin olmağa çağırırıq.
Vaksin olaq, sağlam qalaq!