Koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir
Ölkəmizdə Koronavirus (COVID-19) infeksiyasının geniş yayılması nəzərə alınaraq sanitar-dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir. Eyni zamanda Qubadlı rayonunda da koronavirus infeksiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.
Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, , bütün yaşayış binalarında, yataqxanalarda, məktəb və idarələrin inzibati binalarında, məhəllələrə gedən yollarda, çoxmənzilli yaşayış binalarında, rayonun bütün idarə, müəssisə və təşkilatlarının binalarında geniş miqyaslı sanitar-dezinfeksiya işləri həyata keçirilir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, və həyətyanı sahələr təmizlənir.
1 avqust 2021-ci il tarixdə isə 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhəri 12-ci mkr yeni yaşayış massivində geniş miqyaslı sanitar-dezinfeksiya işləri həyata keçirildi. Yaşayış sahəsindəki bütün binalarda, məktəblərin binasında, həyətyanı sahələrdə dezinfeksiya işləri aparıldı. Geniş miqyaslı sanitar-dezinfeksiya işlərinin aparılmasında məqsəd əhalini bir daha pandemiyanın ciddi təhlükə olması barədə xəbərdarlıq etməkdir.Eyni zamanda Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə mobil qruplar öz işlərini davam etdirirlər. Qruplara daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur. Əhali ilə maarifləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyyə edilib. Bildirilib ki geniş miqyaslı vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Qubadlı rayonunda vaksinasiya prosesi də uğurla davam etdirilir. Ölkəmizin bütün regionlarında olduğu kimi, Qubadlı rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Qubadlı məntəqəsində 11.08.2021-ci il tarixədək 8419 nəfər COVİD-19 virusu əleyhinə 1-ci doza , 5817 nəfər isə 2-ci doza peyvənd olunmuşdur.Ümumilikdə isə digər məntəqələrlə birlıkdə bu tarixədək 12525 nəfər Qubadlı rayon sakini 1-ci doza peyvənd olunmuşdur.
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır. Ona görə də bütün hər kəsi vaksin olmağa çağırırıq.