Ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmış məzunlarla görüş
8 sentyabr 2021-ciil tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin akt zalında tələbə adını qazanmış məzunlarla görüş keçirildi. Görüşdə Rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov, rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov, RİH-nin məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları,məktəb direktorları və məzunlar iştirak edirdilər. Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri açıq elan edən rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi.
RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki, ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsin də qazanılan zəfər, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. İndi ölkəmizdə bütün sahələrdə həyata keçirilən irimiqyaslı layihələr, məqsədyönlü islahatlar nəticəsində əldə olunan dinamik inkişaf təhsil sektorunda da hiss olunmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Bu zamana qədər qəbul edilmiş təhsil proqramları məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Bu il rayonumuzun Çaytumas kənd məktəb liseyi, Xocahan kənd tam orta məktəbi və Mərdanlı kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 41 məzunun hamısı, Xocahan kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 14 məzun, Mərdanlı kənd tam orta məktəbində isə sənəd verən 12 məzunun hamısı tələbə adını qazanmışdır.
Cari ildə 583 məzundan 507 nəfəri sənəd vermiş və onlardan 374 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 66 nəfər məzun 500-600 arası, 20 nəfərməzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 74% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isə C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu Qasımova Röya Anar qızı göstərmiş, 683,3 bal toplayaraq uğur əldə etmişdir. Eyni zamanda Respublika üzrə ən yüksək nəticəni 697 balla Xanlıq kənd sakini Şəfiyev Əbil Üzeyir oğlu toplamışdır. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən təhsil işçiləri, valideynlərvə məzunlar gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Bir qrup təhsil işçisinə RİH tərəfindən Fəxri Fərmanlar təqdim olundu. Sonda yüksək bal toplamış gənclərə RİH tərəfindən mükafatlar verildi.