Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcraHakimiyyətinin başçısı şəhid mayor Elçin Alıyevin oğlu- Alıyev Orxanla görüşdü

24 sentyabr 2021 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq onlarla görüşür, təkliflərini dinləyir və problemlərini daim diqqət mərkəzində saxlayır.RİH başçısı cənab Malik İsaqov 24 sentyabr 2021-ci il tarixdə Qubadlı şəhər sakini olan şəhid mayor Elçin Alıyevin oğlu Alıyev Orxanla görüşdü.

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov bu il qəbul imtahanlarında uğurlu nəticə göstərərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olan Alıyev Orxanı təbrik etdi, ona gələcək həyatında uğurlar arzu etdi. Malik İsaqov xalqımızın onun atası kimi igidlərlə qürur duyduğunu vurğulayaraq Orxanın da atasına layiq bir övlad olacağına əminliyini ifadə etdi.  Alıyev Orxan şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərinə öz minnətdarlığını bildirdi.      Görüşdə rayon rəhbəri Alıyev Orxanın problemlərini dinlədi, onunla ətraflı söhbət apardı.Qeyd edək ki, Alıyev Orxanın atası- şəhid mayor Alıyev Elçin Bayram oğlu təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştirak edir. Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir. 7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür.O, 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.  Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Alıyev Elçin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”,  18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, həmçinin “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni medalları ilə təltif edilmişdir.

 

Keçidlər