8 noyabr Zəfər günü münasibəti ilə Abşeron rayonu, St.Sumqayıt ərazisində ağacəkmə aksiyası həyata keçirilmişdir
Azərbaycan Respublikasında hər il noyabrın 8-i Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncama əsasən Qubadlı rayonunda 8 noyabr Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq 8 noyabr 2021-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu St.Sumqayıt ərazisində yeni salınmış parkda 8 noyabr Zəfər günü münasibəti ilə ağacəkmə aksiyası həyata keçirildi. Təşkil olunmuş tədbirdə RİH-in başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləriiştirak edirdilər. Əvvəlcə Mirağa Əliyev adına Qubadlı rayon Hal kənd tam orta məktəbinin həyətində “Zəfər Günü” nə həsr olunmuş rəsm sərgisi nümayiş olundu. Rayon məktəblilərinin ifasında şeirlər səsləndirildi, mahnılar ifa olundu.
44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərdi, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi.
Beləliklə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.
10 noyabr Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuşdur.
Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-siAğdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı.
Ümumilikdə ağacəkmə aksiyasında 400-dən çox ağac əkildi.