Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü

12 dekabr 2021 | 16:00

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Qubadlı rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. 12 dekabr 2021-ci il tarixdə də Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci il dönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, YAP-ın fəalları iştirak edirdilər.
Tədbir iştirakçıları Qubadlı rayon  İcra Hakimiyyətinin foyesində olan Ulu Öndərin büstünün önünə gül dəstələri qoydular. Ümummillilider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövrün ən çətin və təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır. Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyası, apardığı daxili və xarici siyasət, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanması, qəbul edilən mütərəqqi qanunlar, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapması, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsi, dünya siyasətçiləri arasındakı reytinqi, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi töhfələr onun dahi lider olmasının bariz nümunəsidir. Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır.
Bu gün cənab Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir, eyni zamanda  əhalinin sosial vəziyyəti yaxşılaşır.
Prezident İlham Əliyevin Ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad olundu, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalandı.

 

 

Keçidlər