Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda əhalinin COVİD-19 pandemiyası əleyhinə peyvənd olunması davam edir

21 dekabr 2021 | 16:00

Qubadlı rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir. Ölkəmizin bütün regionlarında olduğu kimi, Qubadlı rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Ümumilikdə rayonda 21.12.2021-ci il tarixədək 12537 nəfər COVİD-19 virusu əleyhinə 1-ci doza peyvənd olunmuşdur.11710 nəfər isə COVİD-19 virusu əleyhinə 2-ci dozapeyvənd olunmuşdur.
Qeyd olunmalıdır ki, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də qüvvətləndirici üçüncü buster dozanın vurulmasına başlanılmışdır. Buster doza virusa qarşı güclü qorunmanı bərpa edir.  Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur.
Ümumilikdə rayon məntəqəsində21.12.2021-ci il tarixədək 2544 nəfər COVİD-19 virusu əleyhinə 3-cü doza peyvənd olunmuşdur.
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır. Ona görə də bütün hər kəsi vaksin olmağa çağırırıq.
Vaksin olaq, sağlam qalaq!

 

Keçidlər