Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Balakişi Rəhman oğlunun xatirə barelyefinin açılışı

28 dekabr 2021 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi 76-da şəhid Hüseynov Balakişi Rəhman oğlununşəkil barelyefinin açılışı oldu. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatının fəalları, məktəb direktorları,şəhidin döyüş yoldaşları, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. .
Tədbirdə çıxış edən Qubadlı Rih-in başçısı Malik İsaqov qeyd etdi ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordunun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək.Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür.Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi.Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.
Digər çıxış edənlər-  Şəhidin döyüş yoldaşları keçmiş komandir Sadiq Paşayev, Qiyas Babayev, Malik Mehdiyev və Dağbəyi Məhyəddinov vurğuladılar ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 
Daha sonra Şəhidin ailə üzvlərişəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.    
Hüseynov Balakişi Rəhman oğlunun keçdiyi şərəfli həyat yoluna nəzər salaq: Balakişi Hüseynov 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmişdir. 1986-88-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir.
       Qarabağ hadisələri başlanan gündən Əliyar Əliyevin çağırışına qoşulmuş və onun taboruna daxil olmuşdur. İlk döyüş yolu kəşfiyyat işlərindən başlamışdır. Cəsur bir kəşfiyyatçı kimi Balakişi çox mühüm və çətin tapşırıqları məharətlə yerinə yetirirdi. 1992-ci ilin əvvəllərində rayon mərkəzi Ermənistanın Qafan və Gorus rayonları tərəfdən tez-tez güclü top və qrad atəşlərinə məruz qalırdı.Tabor komandirinin əmrinə əsasən düşmənin atəş nöqtələri təcili surətdə susdurulmalıydı. Cəsur kəşfiyyatçı Balakişi üç köməkçisi ilə birlikdə böyük məharətlə düşmənin  atəş nöqtəsini susdurmuş, xeyli hərbi texnikanı və beş nəfərdən ibarət canlı qüvvəni məhv etmiş və bir nəfər qulduru əsir götürmüşdülər. İgid kəşfiyyatçıların xidməti yüksək qiymətləndirildi. Balakişi Hüseynov bölük komandiri təyin edildi.
     1992-ci ilin dekabr ayında erməni quldurları Seytas kəndinə hücuma keçmişdilər.Bu döyüşdə düşmənin xeyli hərbi texnikası, əlli nəfərdən çox canlı qüvvəsi məhv edilmiş, bir tank qənimət kimi ələ keçirilmişdir. O böyük şücaət göstərərək məşhur batalyon komandiri Daşnak Qriqoryanı öldürmüşdür. Bu döyüşdən sonra ona kiçik leytenant hərbi rütbəsi verilmişdir. Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə və Papravənd kəndlərində olmuşdur. 1994-cü il yanvarın 6-da həmin kəndlərdə gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və ağır yaralanmışdır. Balakişi Rəhman oğlu Hüseynov 1994-cü ilin yanvarın 24-də hospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə o ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinə şəhid Hüseynov Balakişi Rəhman oğlunun adı verilmişdir.
Allahdan bir daha şəhidimizə rəhmət diləyir, ailəsinə dərin hüznlə baş sağlığı veririk.

Keçidlər